23 yaşlı tələbə vəfat etdi

Cəmiyyət




Azərbaycanda 23 yaşlı tələbə xəstəxanada ölüb.

“Report” xəbər verir ki, mayın 12-də ağır yol-nəqliyyat hadisəsində xəsarət alan Sumqayıt Dövlət Universitetinin tələbəsi, 2001-ci il təvəllüdlü Vüsal Allahbaxış oğlu Məmməd Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Aparılan tibbi müdaxilələrə baxmayaraq, o, bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir