AFFA İntizam Komitəsi “Kəpəz” “Qəbələ” görüşü ilə bağlı qərar qəbul edib.
Oxu.Az qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, “Kəpəz” komandasının heyətində 5 nömrəli futbolçusu Yəhya Muradov qarşılaşmanın 78-ci dəqiqəsində rəqib oyunçunu təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün üç oyun cəzalandırılıb. Tunar Əfəndiyev isə qarşılaşmanın 90-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün dördoyunluq cəza verilib.
“Kəpəz” komandasının heyətində Cavanşir Əliyev və Rahib Qurbanova rəqib komandanın futbolçularını vurduğuna görə altıoyunluq cəza verilib.
“Kəpəz” – “Qəbələ” oyunu bitdikdən sonra Gəncə təmsilçisinin U-16 komandasının iki azarkeşi meydana daxil olaraq rəqib komandanın futbolçularını vurduğuna görə, uşaq və gənclər liqalarında pul cəzası olmasa da, müstəsna hal olaraq “Kəpəz” PFK U-16 komandası 500 manat cərimə edilib. Yerli komanda növbəti 10 ev oyununu azarkeşsiz keçirməli olacaq.
www.icra-hakimiyyeti.az