Bakının işlək yollarının birində sürət həddi bərpa olunub – YENİLƏNİB

Cəmiyyət




Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Oxu.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edək ki, Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq ötən gün Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saata endirilmişdi. Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulmuşdu.

06.05.2024. 23:32

Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir