İndoneziyada 12 min sakin Ruanq vulkanına görə təxliyə edildi – VİDEO

Dünya




İndoneziyada Ruanq vulkanında püskürmənin davam etməsi səbəbindən bölgədəki 12 min sakin təxliyə edilib.

İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzinin açıqlamasına görə, vulkanda ən azı üç şiddətli partlayış olub, nəticədə yaranan kül buludları beş min metr hündürlüyə qalxıb və min kilometr ərazini əhatə edib.

Qeyd olunub ki, vulkan püskürmələri nəticəsində ətrafa yayılan kül səbəbindən hava nəqliyyatında ciddi problemlər yaşanıb və bölgədəki yeddi hava limanında uçuşlar tamamilə dayandırılıb.

Səlahiyyətli qurumların xəbərdarlığında, həmçinin vurğulanıb ki, vulkanın püskürdüyü küllər Malayziyaya doğru istiqamətlənib.

Mənbə: Trthaber

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir