İngiltərə Premyer Liqasında 37-ci tura start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə “Mançester Siti”ni qəbul edən “Fulhem” 13-cü dəqiqədə hesabda geri düşüb -1:0. Yoşko Qvardiol komandasını qələbəyə ruhlandırıb. 53-cü dəqiqədə Fil Foden fərqi artırıb – 2:0. 71-ci dəqiqədə səhnəyə yenidən çıxan Yoşko Qvardiol dubl müəllifi olub – 3:0. Görüşdə son nöqtəni əsas vaxta artırılmış 6-cı dəqiqədə Xulian Alvarez qoyub – 4:0.
Qeyd edək ki, aktivində 85 xal olan “Mançester Siti” liderliyə yüksəlib. “Fulhem” 44 xalla 13-cüdür.
www.icra-hakimiyyeti.az