Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş etdi

Cəmiyyət




“Scandinavian Airlines” aviaşirkətinin Kopenhagen-Tokio reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Oxu.Az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən bildirilib.

Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 20:56-də Bakı hava limanında uğurla eniş edib.

Sərnişin dərhal təcili tibbi yardım briqadasına təhvil verilib.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir