Körpə Məhəmmədin anası: “Müalicə üçün köməyə ehtiyacımız var” – FOTO

Cəmiyyət




Bir yaşlı Məhəmmədin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Lalə Əsgərova məlumat verib.

O bildirib ki, övladının beynində anadangəlmə kista var.

“Məhəmmədin bir yaşı var. Doğulduğu gündən beynində maye olduğunu öyrəndik. Həmin gündən müalicələrini etməyə çalışsaq da, bəzən imkanımız olmadığı üçün müalicələr yarım qalıb. Müalicələr yarımçıq qaldığı üçün Məhəmmədin beynindəki kista bir az da böyüyüb. Hazırda müalicə üçün dəstəyə ehtiyacımız var”.

Lalə Əsgərova övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib.

“Məhəmməd mənim yeganə övladımdır, müalicəsini edə bilsək, həkimlər onun normal, sağlam həyata dönə biləcəyini deyirlər. Hazırda müalicə üçün 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (077) 553-85-03.

Beynəlxalq Bank: 4127 2081 0588 4612.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir