Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhidlə vida mərasimi keçirilir – FOTO

Cəmiyyət




Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Habil Oruc oğlu İsmayılovun meyitinin qalıqları Lənkəran rayonuna gətirilib.

“Report”un Cənub bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Kərgəlan kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Habil Oruc oğlu İsmayılov 1975-ci il mayın 26-da anadan olub. O, 1994-cü ilin yanvarın 27-də Xocavənd rayonunun “Şişqaya” yüksəkliyi istiqamətində itkin düşüb.

H.İsmayılov Kərgəlan kənd qəbiristanlığında dəfn olunacaq.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir