Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında Masallının Bədəlan kəndindən olan Məryəm nənə aşpazlıq peşəsinə necə başlamasından bəhs edib:
“Aşpazlığı özüm öyrənmişəm. Nənəm aşpaz olub, mən də onun dalınca gedərdim. Nənəm məni kəfkirlə döyə-döyə aşpaz etdi. İndi kəndin bütün məclislərinin yeməyini bişirirəm. Hətta 1500 nəfərlik məclis üçün də yemək hazırlamışam”.
Məryəm nənə ailə münasibətlərindən də danışıb:
“Kənddə hamı mənim necə gəlin olduğumu yaxşı bilir. Qayınanamın doqquz uşağı olub, onları mən saxlamışam, hər birinə toy etmişəm”.
O necə evlənməsindən söz açıb, yoldaşının hər şeydən dəyərli olduğunu bildirib:
“Məni istədilər, sonra da ailə qurduq. Oğlanı elə-belə görmüşdüm. Şükür Allaha, yaxşı yola getmişik. İkimiz əl-ələ vermişik, qayınlarımı, qayınanamı, uşaqlarımızı saxlamışıq. Qır-qızıl heç nədir, yoldaşım mənim üçün qızıldır”.
Ətraflı süjetdə:
www.icra-hakimiyyeti.az