Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi

Cəmiyyət




Ədliyyə Nazirliyi Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovu yaş həddi ilə əlaqədar təqaüdə göndərib.

Qeyd edək ki, işdən çıxarılan rəis Baş nazirin sabiq müavini Abid Şərifovun kürəkənidir.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir