“Yaşıl” xətt üzrə “Nizami” stansiyasından “28 May” stansiyası istiqamətində hərəkətə başlayan qatarın maşinistinə salonda bir sərnişinin halının pisləşməsi barədə məlumat verilib və qatarın dayandırılması tələb olunub.
“Bakı Metropoliteni” QSC-dən Oxu.Az-a bildirilib ki, maşinist qatarı təcili əyləcləmə edərək dayandırıb. Sərnişinlər vaqonun qapılarının “qəza-açma kranı”ndan istifadə edərək, sərnişini platformaya çıxarıblar.
Maşinist məcburi qaydada sonuncu vaqona qədər gedərək, “qəza-açma kranı”nı yerinə qaytarıb və kabinəyə dönərək hərəkəti bərpa edib.
Nəticədə 10 dəqiqə yubanma yaranıb. Hazırda yubanmanın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
www.icra-hakimiyyeti.az