Şirvanda səkkiz il əvvəl törədilən bıçaqlanma hadisəsinin üstü açılıb

Kriminal




Şirvanda 8 il əvvəl törədilən bıçaqlanma hadisəsinin üstü açılıb.

Oxu.Az-ın məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 2016-cı ilin avqust ayında, gecə saatlarında şəhər sakini olan bir nəfərə bıçaqla xəsarət yetirərək onun sağlamlığına ağır zərər vuran Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Nərimanov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib.

V.Nərimanov Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və şəhər məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Almaz Qasımova

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir