Tovuzda evlənmək məqsədilə qaçırılan məktəbli ailəsinə təhvil verilib

Cəmiyyət




Tovuz rayonunda evlənmək məqsədilə qaçırılan məktəbli ailəsinə təhvil verilib. 

Oxu.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı 10-cu sinif şagirdi Aysel Məmmədlini (şərti ad) kənd sakini Mətin Mustafayevin evlənmək məqsədi ilə qaçırdığı məlum olub.

Məktəbli qız ailəsinə təhvil verilib, məsələnin nəzarətdə saxlanılması təmin olunub.

Faktla bağlı araşdırma davam etdirilir.

Könül Cəfərli

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir