Gəncədə üç gündür itkin düşən qız tapılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 8 yaşlı Sevinc Samir qızı Bayramlı tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, Sevinc Bayramlı mayın 7-si Gəncə şəhərində yerləşən alış-veriş mərkəzlərinin birində itkin düşüb.
www.icra-hakimiyyeti.az