Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Şirin oğlu Qayımovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.
“Report”un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Hacıqurbanoba kəndində ailəsinə təhvil verilib.
Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
E.Qayımov mayın 7-də Hacıqurbanoba kənd qəbiristanlığında dəfn olunacaq.
www.icra-hakimiyyeti.az