Əziz müəllimlər,
Bildiyiniz kimi müvafiq göstəricilər əsasında sosial rifahınızın yaxşılaşdırılması, təhsilin keyfiyyətinin artırılması, peşəkarlıq səviyyənizin qiymətləndirilməsi, peşəkar inkişafınıza nail olunması və təlim ehtiyaclarınızın öyrənilməsi məqsədilə 21, 22, 24 iyun tarixlərində növbəti sertifikasiya prosesinin test imtahanı mərhələsinə cəlb olunursunuz.
Sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır, tədris sahəsində mövcud olan yeni müsbət təcrübələri mənimsəyir, öz ehtiyaclarına uyğun olaraq peşə bilikləri və bacarıqlarını artırmaq imkanlarından faydalanır, təhsilverənlər arasında özünüinkişafı stimullaşdıran münbit mühit yaradır və daim öyrənmə mədəniyyəti formalaşdırır. Müəllimlərin sertifikatlaşdırmada göstərdikləri yüksək nəticələr onların karyera yüksəlişində müsbət rol oynayacaq.
Bu imtahanda öz bilik və bacarıqlarınız ilə yüksək nəticə göstərəcəyinizə, müəllim adını hər zaman uca tutacağınıza inanır və sizlərə uğurlar arzulayıram.
Hörmətlə,
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov
www.icra-hakimiyyeti.az