Dədəli kəndində sakinlərin müraciət və təklifləri dinlənilib

İCRA hakimiyyeti Sosial Tədbirlər

Dədəli kəndində sakinlərin müraciət və təklifləri dinlənilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Dədəli kəndində növbəti səyyar qəbuunu keçirib.
Qəbulda Dədəli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Dədəli, Bostançı, Nağıoba, Hacıəbdürəhimoba, Sibiroba, Kiçik Baraxum və Palıdlı kəndlərinin sakinləri iştirak edib.
Sakinlər yaşayış məntəqələrinin qazlaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri və su təchziatının yaxşılaşdırılması ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Elşən Xaçmazlı (Əliyev)

102-ci qəzetin bölgə redaktoru

İcra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir