Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən zabiti Baxışov İdris Osman oğlunun nəşinin qalıqları 12 iyul 2024-cü il tarixdə şəhidin doğulduğu Qənidərə kəndinə gətirilərək dəfn olunub. Dəfn mərasimində Quba Rayon Polis Şöbəsinin rəhbərliyi və şəxsi heyəti, hərbçilər, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Məlumat üçün bildirək ki, İdris Baxışov 1973-cü ildə Quba rayonunun Qənidərə kəndində anadan olub. O, 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb, müxtəlif döyüşlərdə iştirak edib və 1 aprel 1993-cü il tarixdə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə itkin düşüb. Şəhidin meyitinin qalıqları 31 ildən sonra elə Kəlbəcər rayonunun ərazisindən tapılıb.
İcra-hakimiyyəti.az