Yalama kəndində növbəti səyyar qəbul keçirilib

İCRA hakimiyyeti Sosial Tədbirlər

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbrələrinin iştirakı ilə Yalama kəndində növbəti dəfə səyyar qəbul keçirib.
Qəbulda Yalama İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Yalama, Düztahiroba, Xanoba, Ortaoba, Səlimoba, Ukuroba, Yaquboba və Zuxuloba kənd sakinlərinin müraciəti dinlənilib.
Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həlli ilə bağlı təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatının bərpası və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin müraciət və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Elşən Əliyev

102-ci qəzetin bölgə redaktoru.

İcra-hakimiyyəti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir