Deputatlığa Namizəd Mircəlil Qasımlı Şəhidimizin Ailəsini Ziyarət Etdi

Qəhraman vətən oğlulları

Deputatlığa namizəd Mircəlil Qasımlı Tərtər rayonunun Şıxarx qəsəbəsində Vətən müharibəsi Şəhidi Müdafiə Nazirliyi Quru Qoşunların hərbi qulluqçusu, çavuş Məmmədov Elşən Dağıstan oğlunun ailəsini ziyarət ediblər. Şəhidin ailə üzvləri ilə həmsöhbət olub və onların qayğıları ilə maraqlanıblar. Ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs olunub. Namizəd Mircəlil Qasımlı çıxışında bildirdi ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbə dünya və regional siyasətdə dövlətimizin gücünü və nüfuzunu daha da artırdı. Bu Qələbə Azərbaycan Ordusunun gücü, rəşadəti, Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşən xalq birliyinin təzahürüdür.
Şəhidin ailə üzvləri onlara göstərilən qayğıya görə Möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Elşən Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

İcra-hakimiyyəti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir