1sentyabr Milli Məclis seçkilərində 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 9 avqust 2024-cü il tarixdə Gəncə şəhəri 1500 ailəlik Yeni qəsəbədə yerləşən Mədəniyyət sarayında və Gəncə şəhər Gülüstan qəsəbəsində yerləşən Aşıq Şəmşir adına Mədəniyyət evinin akt zalında kəlbəcərli seçicilərlə görüş keçirildi.
İlk öncə xalqımızın böyük oğlu Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğurunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik skütla yad edildi.
Namizədin səlahiyyətli nümayəndəsi Samir Sarıyev namizədin Seçki platforması haqqında ətraflı məlumat verdi.
Namizəd Qasımlı Mircəlil çıxış edərək bildirdi ki, bu gün inkişaf edən, böyük uğurları ilə dünya birliyində özünə layiqli yer tutan, 44 günlük Zəfər müharibəsi ilə tarixi torpaqlarına qovuşan bütöv, müstəqil Azərbaycanın vətəndaşları olmaq hər birimiz üçün qürur yeridir. Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Möhtərəm Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı hər gün artır. Əziz seçicilərim inanıram ki, 1 sentyabrda seçki məntəqələrinə gedərək mənə öz səsinizi verəcəksiniz və Sizin mənə göstərdiyiniz etimadı ləyəaqətlə doğruldacam. Sizinlə birlikdə Kəlbəcərimizin yenidən qurulması və inkişafı naminə çalışacam.
Namizədin vəkili Şəhid ailəsi, şair Ələsgərov Ələkbər (Sonməz Ələkbər), ziyalılardan Qarayev Məhəmməd və digərləri çıxış edərək qeyd etdilər ki, əminliklə bir daha deyə bilərik ki, 2024-cü il 1 sentyabrda seçkiləri ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan soydaşlarımızın bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, böyük quruculuq və abadılıqla bərpa olunan, cənnət məkana çevrilən öz doğma torpaqlarında – Kəlbəcərdə və azad olunmuş digər yerlərdə səs verəcəklər. Çünki bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Cıxış edənlər seçiciləri Milli Məclisdə layiqincə təmsil edəcək namizədə, Mircəlil Qasımlıya səs verməyə çağırdılar.
icra-hakimiyyəti.az