Bibiheybətdə aparılan abadlıq işlərinə baxış keçirilmişdir

İCRA hakimiyyeti Sosial Tədbirlər

Bakı ətrafı qəsəbələrin inkişafı və abadlaşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Bibiheybət qəsəbəsində aparılan abadlıq işləri sürətlə davam edir. Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHBA-nın məsul işçiləri və ərazi icra nümayəndələri ilə birgə Bibiheybət qəsəbəsində aparılan abadlıq və yenidənqurma işlərinə baxış keçirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov qəsəbədə aparılan abadlıq işləri çərçivəsində həyata keçirilən tədbirlərin növbəti mərhələsinin icra vəziyyəti ilə tanışlığı zamanı görülən işlərin sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Qəsəbə sakinləri ölkəmizdə, o cümlədən Bibiheybət qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

İcra-hakimiyyəti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir