Səudiyyə Ərəbistanı Krallığının İdman Nazirliyi 2030-cu ilə qədər futbolçuların ölkə çempionatının yüksək liqasının klublarına transferi üçün 19 milyard avrodan çox vəsait ayırıb.
Bu iddia ilə jurnalist Ben Ceykobs özünün “Twitter” səhifəsində çıxış edib.
O əlavə edib ki, yuxarıda qeyd olunan məbləğ hazırda gündəm olan Kilian Mbappenin transferi üçün nəzərdə tutulmayıb.
“Lakin Səudiyyə Ərəbistanından olan vasitəçilər və “Əl-Hilal”ın rəhbərliyi fransızın danışıqlara hazır ola biləcəyini bilirlər və transferi reallaşdırmaq üçün avantürist hərəkət etməyə belə hazırdırlar”, – deyə jurnalist qeyd edib.
www.102info.az