Cəbrayılda ər-arvad qəzaya düşüblər, qadının boynu sınıb

Cəmiyyət


Cəbrayıl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsinə 1974-cü il təvəllüdlü Vidadi Camal oğlu Xudiyev və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Pərvanə Əhməd qızı Xudiyeva xəsarət alıblar.

Yaralılar Bakıda yerləşən xəstəxanalardan birinə gətiriliblər.

Müayinə zamanı Pərvanə Xudiyevaya boyun fəqərə sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir