Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Kənd Təsərrüfatı Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarnın iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova və digərləri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun 44 gündə qazandığı tarixi qələbədən, vətən oğullarının göstərdikləri qəhrəmanlıq və şücaətdən danışıblar. Qeyd olunub ki, igid oğullarımızın sayəsində 30 illik Qarabağ həsrətimizə son qoyuldu. Artıq üçrəngli bayrağımız qədim və əzəli Azərbaycan torpağı olan Qarabağda qürurla dalğalanır.
Bildirilib ki, qəhrəman ordumuz təkcə torpaqlarımızı azad etmədi, həm də Azərbaycan xalqının gücünü, iradəsini bütün dünyaya nümayiş etdirdi. Xalqımız şəhidlərimizi heç zaman unutmayacaq, onları xatirəsini daim uca tutacaq.
Sonra qəhrəman şəhidimiz Elnur Zeynalovun ömür və döyüş yolundan bəhs edilib, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
www.102info.az