Türkiyənin “Roketsan” şirkəti tərəfindən qabaqcıl mühəndislik texnologiyaları ilə hazırlanmış ilk zond raketi İğneadadan uğurla buraxılıb.
Bu barədə məlumat Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəsmi “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşılıb.
Qurum tərəfindən raketinin buraxılış sınağının görüntüləri paylaşılıb.
“Ölkəmizin kosmosa çatma səyləri çərçivəsində qabaqcıl mühəndislik texnologiyalarımızla hazırlanmış zond raketimiz İğneadadan uğurla buraxılıb”, – deyə məlumatda qeyd edilib.
www.icra-hakimyyeti.org.az