MASALLI RAYONUNUN
İQTİSADİ VƏ SOSİAL İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ – 2023-cü ilin YANVAR-İYUN AYLARINDA…
Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2023-cü ilin yanvar-iyun aylarında iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı354599,0 min manat təşkil etmiş və əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 16,5 faiz artmışdır.Məhsul buraxılışının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə sənaye sahəsində25,5faiz,kənd təsərrüfatı sahəsində 1,3 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində11,1 faiz, informasiya və rabitə sahəsində48,6 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 0,1 faiz, tikinti sahəsində isə 76,7faizartmışdır.
Sənaye.2023-cü ilin yanvar-iyun ayları ərzində 53276,2 minmanatlıq və ya2022-ci ilin müvafiq dövrünə nisbətən 25,5 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. İstehsalın ümumi həcmində emal sektoru 83,6 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi 15,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi1,4 faiztəşkil etmişdir. Məhsulun 83,8 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Mədənçıxarma sənayesi müəssisələri tərəfindən 2023-cü ilin yanvar-iyun ayları ərzində istehsal edilmiş və göstərilmiş xidmətlərin həcmi olmamışdır.
Emal sektorunda 2023-cü ilin yanvar-iyun ayları ərzində 44533,0 min manatlıq məhsul istehsal edilmiş, 2022-ci ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə37,5 faizartmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorundaməhsul istehsalının real həcmi 2022-ci ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 12,0 faiz artaraq 8000,8 min manat təşkil etmişdir.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real həcmi həcmi 2022-ci ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 39,9 faiz artaraq 742,4 min manat təşkil etmişdir.
Kənd təsərrüfatı. 2023-cü ilin yanvar-iyun aylarında kənd təsərrüfatı üzrə məhsul buraxılışının ümumi dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artaraq 141448,8 min manat olmuşdur ki, onun da 87479,6 min manatı və ya 61,8 faizi bitkiçilik məhsullarının, 53969,2 min manatı və ya 38,2 faizi isə heyvandarlıq məhsullarının payına düşür.
Tikinti. 2023-cü ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 70291,3 min manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 60,8 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 67764,0 min manatı və ya 96,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.Əsas kapitala yönəldilmiş vəsaitin 30,0 faizini dövlət sektoru, 70,0 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir.
Nəqliyyat. 2023-cü ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 6759,0 min nəfər sərnişin daşınmış, 2022-ci ilin müvafiq dövrünə nisbətən 19,1 faiz artım müşahidə olunmuşdur.
2023-cü ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə 1058,0 min ton yük daşınmış və 2022-ci ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artmışdır.
İnformasiya və rabitə. İnformasiya və rabitə müəssisələri tərəfindən 2023-cü ilin yanvar-iyun ayları ərzində 1797,5 min manatlıq xidmət göstərilmişdir. 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 48,6 faiz artmış və bu sahədə əldə olunmuş gəlirin 1516,8 min manatı və ya 84,4 faizi dövlət sektoru, 280,7 min manatı və ya 15,6 faizi isə qeyri-dövlət sektoru tərəfindən həyata keçirilmişdir.
Pərakəndə ticarət. 2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 258913,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 52286,7 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 0,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 15,4 faiz artmışdır.
Mehmanxana (hotel) və mehmanxana tipli obyektlər. 2023-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,5 faiz artaraq 562,1 min manat olmuşdur ki, onun da 69,7 faizi yerləşdirmə xidmətlərindən (nömrələrin satışı), 30,0 faizi iaşə xidmətlərindən, 0,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
İstehlak qiymət indeksləri.Rayon üzrə istehlak qiymətləri indeksi 2023-cü ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz artmışdır. Ərzaq məhsulları, içkilər və tütünün qiymətlərində 17,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətlərində 20,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 13,4 faiz bahalaşma müşahidə olunmuşdur.
Bələdiyyə. 2023-cü ilin yanvar-iyun aylarında fəaliyyət göstərən bələdiyyələrinbüdcə gəlirləri 227,7 min manat olmuşdur və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çox olmuşdur.Bələdiyyələrinbüdcə xərcləri isə 213,0 min manat olmuşdur və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox olmuşdur.
Əməkhaqqı. 2023-cü ilin yanvar-may aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 562,1 manat, həmçinin dövlət sektorunda 686,8 manat, qeyri-dövlət sektorunda 421,7manat təşkil etmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən rayon üzrə əməkhaqqı 5,3 faiz, dövlət sektoru üzrə 3,9 faiz, qeyri-dövlət sektoru üzrə isə 8,6 faiz artmışdır. Digər fəaliyyət növləri ilə müqayisədə orta aylıq əməkhaqqı – elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 710,0 manat, maliyyə və sığorta sahəsində 1504,3 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində 891,0 manat,əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 730,6 manat, təhsil sahəsində 697,5 təşkil etmişdir ki, bu da digər bölmələrdən daha yüksək olmuşdur.
Demoqrafiya. İlkin məlumatlara əsasən 1.07.2023-cü il vəziyyətinə Masallı rayonu üzrə əhalinin sayı 226,0 min nəfər olmuşdur.
ƏLİHÜSEYN ŞÜKÜROV, Masallıda çıxan «Yeni həyat» ictimai-siyasi qəzetinin Baş redaktoru.
www.icra-hakimyyeti.org.az