Kuryerlik fəaliyyəti ilə məşğul olan Zeynalov Orxan barəsində polis əməkdaşları tərəfindən hər hansı əməliyyat tədbiri keçirilməsi ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib.
O qeyd edib ki, bu iddialar yalandır, yazılanlar şəxsi mülahizələrdir, O.Zeynalov üzərindən təşkil olunub qurulan kampaniyadır:
“Onunla bağlı DİN-in qurumları tərəfindən barəsində hər hansı müraciət araşdırılmır, icraat tədbiri yoxdur, saxlanılması nəzərdə tutulmayıb”.
www.icra-hakimyyeti.org.az