Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı keçirib və onunla beynəlxalq məsələlərdə, o cümlədən Tehranın BRİCS-ə qoşulmaq marağı fonunda əməkdaşlıq məsələlərini müzakirə edib.
Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
“Beynəlxalq və regional məsələlərdə əməkdaşlığın genişləndirilməsi məsələləri, o cümlədən İranın Şanxay Əməkdaşlıq Təşkilatında tamhüquqlu üzv kimi iştirakını, həmçinin BRİCS-in fəaliyyətinə qoşulmaqda marağı müzakirə edilib”, – deyə məlumatda bildirilir.
Mənbə: TASS
www.icra-hakimyyeti.org.az