Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin və Aİ-nin respublikadakı missiyasının rəhbəri Markus Ritter İrəvanda qeyri-rəsmi görüş keçiriblər.
Bu barədə Aİ Missiyası (EUMA) “X” sosial şəbəkəsində məlumat yayıb.
“Onlar regional hadisələr, həmçinin Aİ-nin regionda sülh prosesini dəstəkləmək səyləri barədə fikir və məlumat mübadiləsi aparıblar”, – deyə məlumatda bildirilir.
#EUMA HoM Markus Ritter, @ToivoKlaar and Head of @EU_Armenia @awiktorin, representing 🇪🇺@eu_eeas institutions based in 🇦🇲, met in Yerevan.
💡They exchanged thoughts & information on the regional developments and on the 🇪🇺’s efforts in supporting peace process in the region. pic.twitter.com/OaX5lFhwmH— European Union Mission in Armenia (@EUmARMENIA) August 18, 2023
www.icra-hakimyyeti.org.az