Qalmaqallı müavinin yerinə yeni TƏYİNAT – FOTO

Cəmiyyət


Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı icra başçısı Taleh Qaraşov sərəncam imzalayıb.

Sərəncama əsasən, Ülviyyə Əliyeva icra başçısının müavini – İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ü.Əliyeva buna qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb. O, hazırkı vəzifəsində ötən il cinayət məsuliyyətinə cəlb edilərək vəzifəsindən azad olunan Rasilə Arifqızını əvəz edib.

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir