Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Ermənistanın NATO-ya üzv olmasının zəruriliyi ilə bağlı bəyanatları “böyük fantaziyalar” adlandırıb.
O, NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Felingerin Ermənistanın Şimali Atlantika Alyansına qoşulması ilə bağlı bəyanatlarını şərh edib. “Ermənistan KTMT-nin üzvüdür və biz bu reallıqdan çıxış edirik”, – deyə XİN rəsmisi bəyan edib.
Qruşkonun sözlərinə görə, Moskva və İrəvan müttəfiq olaraq qalır və hərbi əməkdaşlığı gücləndirəcək.
Mənbə: TASS
www.icra-hakimyyeti.org.az