Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağıb – FAKTİKİ HAVA

Cəmiyyət


Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 10-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv olub.

Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağması müşahidə olunub.

Düşən yağıntının miqdarı: Qaxda 17 mm, Qubada 15 mm, Qusarda 14 mm, Kürdəmir, Oğuzda 10 mm, Qobustan, Gədəbəydə doqquz mm, Daşkəsən, Ağdam, Şamaxı, Göygöl, Tərtər, Zərdab, Qəbələ, Göyçay, Şabran, Astara, Naftalan, Zaqatala, Şəmkir, Ordubad, Yevlax, Bərdə, Beyləqan, Şahbuz, Naxçıvan, Sədərək, Balakən, Mingəçevir, İmişli, Salyan, Sabirabad, Biçənək, Gəncə, İsmayıllı, Altıağac, Xaltan, Şahdağ, Cəfərxan, Biləsuvar, Yardımlı, Lənkəranda səkkiz mm-dək, Bakıda və Abşeron yarımadasında isə üç mm-dək olub.

Qərb küləyi arabir Zaqatalada (Əlibəydə) 34-40 m/s, Naftalanda 24 m/s, Göyçay, Ağdamda 22 m/s, Mingəçevirdə 21 m/s, Şəki, Şahdağda 20 m/s, Bərdə, Naxçıvan, Goranboy, Tərtərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 25-28 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb.

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir