Fransanın Nigerin yeni hakimiyyəti ilə münasibətləri getdikcə daha da gərginləşir.
Bu gün səhər saatlarında Fransanın Nigerdəki səfirliyi üçün daşınan səhər yeməyi ələ keçirilib.
Görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoya şərh yazan sosial şəbəkə istifadəçiləri fransızların sevimli kruassandan məhrum olduqlarını qeyd ediblər.
Xatırladaq ki, Nigerdə hərbi çevrilişdən sonra yaradılan “Vətənin Qurtuluşu Milli Şurası”nın Fransa ilə münasibətləri gərgin olaraq qalır.
www.icra-hakimyyeti.org.az