Masallıda sürücü sükanda ürək çatışmazlığından ölüb

Cəmiyyət


Masallıda 42 yaşlı sürücü sükan arxasında ölüb.

APA-nın cənub bürosu xəbər verir ki, hadisə oktyabrın 20-də saat 22 radələrində qeydə alınıb.

Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü Coşqun Babayev idarə etdiyi “Mercedes” markalı avtomobillə Masallı şəhəri ərazisində hərəkətdə olarkən ürək çatışmazlığı nəticəsində avtomobilin sükanı arxasında ölüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir