Fransa Liqa 1 sosial şəbəkələrdə Fələstinə dəstək videosu yayımladığı üçün “Nitsa” klubunun əlcəzairli müdafiəçisi Yusef Atala qarşı sanksiya tətbiq edib.
Futbolçu diskvalifikasiya edilib və çempionatın yeddi oyunundan kənarlaşdırılıb. Bu qərar oktyabrın 31-dən qüvvəyə minəcək.
Qeyd edək ki, daha əvvəl “Nitsa” Yusef Atalı növbəti xəbərdarlığa qədər məşqlərdən uzaqlaşdırmışdı.
Atal videonu yerləşdirdiyinə görə üzr istəyib və onu silib. İdmançı bildirib ki, onun paylaşımı bəzi insanları şoka salmış ola bilər, lakin onun məqsədi bu olmayıb.
Mənbə: Lenta.ru
www.icra-hakimiyyeti.az