Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların yarıdan çoxu əcnəbilərdir.
Bildirilir ki, girovlardan 54-ü Tailand, 15-i Argentina, 12-si Almaniya, altısı Fransa və altısı Rusiya vətəndaşıdır.
Qeyd edək ki, İsrail hökuməti girovların ümumi sayının 222-yə çatdığını açıqlamışdı.
Bundan əvvəl Fələstinin HƏMAS radikal hərəkatının Siyasi Büro rəhbərinin müavini Saleh əl-Aruri bildirib ki, əcnəbi girovlar Qəzza zolağında qonaq qismindədirlər, israilli girovlar isə fələstinli girovlarla dəyişdirilməlidirlər.
Mənbə: Ynet
www.icra-hakimiyyeti.az