2023-cü ilin ikinci Ay tutulması başlayıb.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu, qismən Ay tutulmasıdır.
Bakı vaxtı ilə saat 22:01-də yarımkölgəli tutulma başlanıb. Saat 23:35-də qismən tutulma başlayacaq. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14-də baş verəcək. Saat 00:52-də qismən tutulma, saat 02:26-da yarımkölgəli tutulma sona çatacaq.
2023-cü ilin ikinci Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik, Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkündür. Ay tutulması Azərbaycan ərazisində də müşahidə olunur.
www.icra-hakimiyyeti.az