Hindistanın cənub-şərqindəki Andhra-Pradeş ştatında sərnişin qatarı relsdən çıxıb.
Məlumata görə, hadisə zamanı ölənlərin sayı 13 nəfərə çatıb, 50-dən çox yaralı var.
Qeyd edək ki, qatarın maşinisti işıqforun yaşıl işığını vaxtında görməyib və qatarı hərəkətə gətirməyib. Bundan sonra onun arxasınca gələn digər sürətli qatar ona çırpılıb. Zərbə üç vaqonun relsdən çıxmasına səbəb olub.
Mənbə: TASS
www.icra-hakimiyyeti.az