Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 128 nəfər qəbul edilib.
Bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, onlardan 53-ü kişi, 47-si qadın, 28-i isə uşaq olub.
Qəbul olunan xəstələrdən 64-ü dərmandan, 24-ü sirkə turşusundan, 8-i göbələkdən, 14-ü etanoldan, 7-si dəm qazından, üçü allergik reaksiyadan, biri botulizm, dördü anafilaksiya səbəbindən, üçü isə ilan sancmasından zəhərlənib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 6-sı dünyasını dəyişib. Onlardan 5-i kişi, 1-i qadın olub.
www.icra-hakimiyyeti.az