Bakının Xəzər rayonunda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə Zirə qəsəbəsində qeydə alınıb.
1980-ci il təvəllüdlü Züleyxa Ömər Rafət qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
www.icra-hakimiyyeti.az