Sumqayıtda ana və iki qızı sosisdən zəhərləniblər.
“Report”un yerli bürosu xəbər verir ki, 1984-cü il təvəllüdlü Vüsalə Hüseynağa qızı Ləbibova, övladları 2016-cı il təvəllüdlü Ayşə Zaur qızı Ləbibzadə və 2017-ci il təvəllüdlü Fəridə Zaur qızı Ləbibzadə yaşadıqları evdə yedikləri sosisdən zəhərləniblər.
Ana Təcili Tibbi Yardım Xəstəxanasına, uşaqlar isə Uşaq Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
www.icra-hakimiyyeti.az