Rusiya kosmonavtlarını Aya göndərəcək.
Bu barədə “Energia” Raket Kosmik Korporasiyasının pilotlaşdırılan kosmik sistemlər və komplekslər üzrə baş konstruktoru Vladimir Solovyov “Kosmosa pilotlu uçuşlar” konfransının iclasındakı məruzəsində məlumat verib.
“2031-2040-cı illərdə onlar peykə pilotlu ekspedisiyalar, o cümlədən ilk eniş, geoloji tədqiqatlar və Ay bazasının yerləşdirilməsi üçün hazırlıq işləri aparmağı planlaşdırırlar. Ay bazasına gəlincə, tikintinin özü 2041–2050-ci illər üçün nəzərdə tutulub”, – deyə Solovyov qeyd edib.
Məlumatına görə, bu müddət ərzində Rusiya Ayda prioritetini təmin etməyi planlaşdırır. Həmin illərdə peykdə su və oksigen istehsalına və istifadəsinə başlanılması planlaşdırılır.
Mənbə: fontanka.ru
www.icra-hakimiyyeti.az