ABŞ Yaxın Şərqdəki münaqişə fonunda İranın neft və qaz sektoruna qarşı yeni sanksiyalar hazırlayır.
Bu barədə ABŞ Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi Amos Hoxşteyn deyib.
“Biz bu sanksiyaları tətbiq edəcəyik”, – deyə o bildirib və əlavə edib ki, İrandan neft ixracı bir gündə bir milyon bareldən çoxdur.
Onun fikrincə, sanksiyalar səbəbindən bu “rəqəmlər azalacaq”.
Xatırladaq ki, İran oktyabrın 7-də İsrailə hücum edən Fələstinin Həmas qruplaşmasını, həmçinin daha sonra İsrail ərazilərini atəşə tutmağa başlayan Livan “Hizbullah”ını dəstəkləyib.
ABŞ İsrailə hərbi yardımlar göstərir.
Mənbə: Bloomberg
www.icra-hakimiyyeti.az