Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gün ölkənin cəbhədənkənar vilayətləri – Xmelnitski, Vinnitsa, Odessa, Nikolayev, Dnepropetrovsk kütləvi dron hücumlarına məruz qalıb.
“Bunlar Ukraynanın sənaye vilayətləridir. Xmelnitskidə hətta Atom Elektrik Stansiyası var. Ukraynadakı dörd AES-dən biri bu vilayətdədir”, – deyə jurnalist əlavə edib.
Həmçinin qeyd edilib ki ki, ukraynalılar Krımda partizan hərəkatına başlayıblar:
“Nəticədə Rusiyanın Qara dəniz donanmasına məxsus gəmiyə hücum olub. İtkilərin olduğu bildirilir”.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
www.icra-hakimiyyeti.az