Moskvanın Domodedovo hava limanında gömrükçülər Azərbaycana uçan sərnişinin baqajından 112 000 funt sterlinq (238 429 manat) nağd pul aşkar ediblər.
Məlumata görə, qadının ikili vətəndaşlığı var. O, həm Britaniya, həm də Rusiyanın vətəndaşıdır.
Qeyd edək ki, qadın saxlanılıb və dörd ay azadlıqdan məhrum edilib.
Mənbə: RİA novosti
www.icra-hakimiyyeti.az