“Bu gün bütün dünya ABŞ prezidenti Co Baydenin hərəkətləri ucbatından ABŞ-nin necə banan respublikasına çevrildiyini izləyir”.
Bu fikirləri keçmiş ABŞ prezident Donald Tramp deyib.
“Co Baydenin siyasi rəqibinə qarşı strategiyası getdikcə daha radikallaşır və çılğınlaşır. Bütün dünya ABŞ-nin banan respublikasına çevrilməsini seyr edir. Bayden bu plandan əl çəkməli və çox keçmədən onu dayandırmalıdır”, – deyə Tramp “Truth Social” səhifəsində yazıb.
O, həmçinin vurğulayıb ki, onun seçicilər arasında dəstəyi yüksəlir və bəzi yerlərdə rekordlar qırır.
Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.
www.icra-hakimiyyeti.az