Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Həsənli Zəlimxan Rafiq oğlunun doğum günü ilə əlaqədar məzarını və ailə üzvlərini ziyarət edilib.
Mərasimdə Millət vəkili Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Oruczadə, İƏD üzrə nümayəndələr, Kəlbəcər rayonunun İmamı Mirxalid Ağayev, qazilərmiz, şəhidin ailə üzvləri, yaxınları iştirak ediblər.
Mərasimdə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Şəhid Həsənli Zəlimxanın ailə üzvləri ilə görüşlüb, Milli Məclisin deputatı Aqil Məmmədovun, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin adından dərin hüznlə baş sağlığı verilib. Şəhidin doğum günündə vətən müharibəsində qəhrəmanlıqla döyüşərək, şücaət göstərmiş qəhrəman oğullarımızdan o cümlədən şəhid Zəlimxan Həsənlidən bəhs edilərək onların tarixi qəhrəmanlıqlarından söz açılıb, şərəfli döyüş yoluna nəzər salınıb. Qeyd olunub ki, şəhid ailələri daima Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur. O cümlədən də, şəhid Həsənli Zəlimxan Rafiq oğlunun ailəsi də bu qayğıdan kənarda qalmamışdır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin !
www.102info.az