“Türkiyə və Azərbaycan iki qardaş ölkədir. Münasibətlərimizi daim inkişaf etdirmək marağımızdadır”.
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Bakı-Tbilisi-Qars dəmiryol xətti önəmli əhəmiyyət daşıyır. Ölkələrimiz arasında bağlantının daha da möhkəmlənməsi ortaq niyyətimizdir. Bu layihənin artıq həyata keçirilməsi region üçün də önəmlidir”, – deyə Hakan Fidan vurğulayıb.
Aysel Aslan
www.icra-hakimiyyeti.az