Tailandın Phuket adası yaxınlığında gəmidə gəzinti zamanı göyərtəsində rusiyalı turistlərin olduğu yaxta batıb.
Qeyd olunur ki, Mərcan adalarında dayanarkən yaxtanın mühərrik hissəsində boru partlayıb və o batmağa başlayıb.
“Gəmidə doqquz nəfər olub: altı Rusiya vətəndaşı və üç Tailand vətəndaşı (kapitan və ekipaj üzvləri)”, – deyə məlumatda bildirilib.
Sərnişinlər və ekipaj üzvləri “Panwa Princess” gəmisinin heyəti tərəfindən xilas edilib. Turistlər hotelə aparılıblar, onlardan heç biri xəsarət almayıb.
Tailandın polis əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıblar.
Mənbə: “Shot” “Telegram” kanalı
www.icra-hakimiyyeti.az